“Ermənistan və Azərbaycan arasında sülhün təminatçıları ABŞ, Çin və Rusiya ola bilər” - Köçəryan

2026/05/1779715507.jpg
Oxunub: 434     17:17     25 May 2026    
“Ermənistan və Azərbaycan arasında sülhün təminatçıları ABŞ, Çin və Rusiya ola bilər. İdeal variant məhz bu üç ölkənin təminatçı olmasıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan Vaykda jurnalistlərlə söhbəti zamanı deyib.

O bildirib ki, ortada sülh müqaviləsi yoxdur.

“Ortada sülh müqaviləsi yoxdur. Sadəcə əvvəlcədən imzalanmış hansısa sənəd var. Biz deməmişik ki, onu cırıb atacağıq. Yəni hər şeyə sıfırdan başlamayacağıq”, - deyə Köçəryan Nikol Paşinyanın yeni danışıqların “sülhü öldürəcəyi” ilə bağlı bəyanatına münasibət bildirərkən qeyd edib.

Erməni siyasətçi vurğulayıb ki, sənədə uzunmüddətli, sabit və təminatlı sülh sistemi formalaşdırmaq üçün əlavə müddəalar daxil edilməlidir.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası bəyanat qəbul etməlidir.

Köçəryan hesab edir ki, bölgədə Rusiyanın təsirini nəzərə alaraq təminatçı ölkələr ABŞ və Rusiya olmalıdır ki, maraqlar arasında balans yaransın.

“Çox yaxşı olar ki, Avropa İttifaqı da hansısa ölkə vasitəsilə təmsil olunsun. Amma ideal variant Rusiya, Çin və ABŞ-nin təminatçı olmasıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin