Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Vayk sakinləri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan artıq o qədər güzəşt edib ki, veriləcək başqa heç nə qalmayıb.
Köçəryan xatırladıb ki, Günəndə ərazilərin təhvil verilməsindən iki il keçib.
“Xeyli ərazi verdilər. Cəmi iki həftə əvvəl delimitasiya ilə bağlı normativ sənədləri təsdiqlədilər. Həmin sənədlər yox idi, amma əraziləri verdilər və bunu delimitasiya adlandırdılar. Bu, Nikolun boynuna dolanan növbəti cinayət işidir. Xəritə və sənədlər olmadan delimitasiya aparıb. Belə məsələlər hissə-hissə həll oluna bilməz, ümumi yanaşma və kağız üzərində kompleks həll olmalıdır, yalnız bundan sonra praktii addımlar atılmalıdır. O, Kərkini verə bilməz”, - deyə Köçəryan bildirib.
Bununla yanaşı, o qeyd edib ki, qaz kəmərinin və Gürcüstana gedən avtomobil yolunun bir hissəsinin Azərbaycanın nəzarəti altına keçəcəyi təqdirdə təəccüblənməyəcək.
Köçəryan yenidən bəyan edib ki, Paşinyan və komandası siyasi fırıldaqçılardır və mandatı aldatma yolu ilə əldə ediblər.
“O, xalqı aldatdı, mandat aldı və indi İlham Əliyevə verdiyi vədləri yerinə yetirir”, - deyə o bildirib.
Köçəryan məşhur ingilis atalar sözünü də xatırladıb: “Əgər kimsə səni bir dəfə aldadıbsa, ayıb ondadır, iki dəfə aldadıbsa, ayıb səndədir”.
Alpər Mövludoğlu
Ordu.az