Ordu.az xəbər verir ki, bunu Ermənistanın məzuniyyətdə olan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Gümrü-Qars dəmir yolunun çatışmayan hissəsinin tikintisi həyata keçirilməlidir və hazırda bu məsələ ilə bağlı rusiyalı tərəfdaşlarla dialoq aparılır.
“Əgər bu hissəni birlikdə tamamlamaq mümkün olsa, həmin yolla gedəcəyik, əks halda başqa həll yolu tapacağıq. Amma bu məsələ həll edilməlidir”, - deyə Mirzoyan qeyd edib.
Erməni nazirin sözlərinə görə, Ermənistanın Qərb-Şərq yeni yük axınında alternativ halqaya çevrilmək üçün tarixi imkanı var.
“Bu hərəkət bu və ya digər şəkildə baş verəcək. Bizim əsas qovşağa çevrilmək üçün tarixi imkanımız var. Bu fürsəti əldən verməyəcəyik, onu qaçırmaq olmaz. Buna görə də məsələ həll edilməlidir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az