İrəvanda hərbi parad keçiriləcək

2026/04/1775489688.jpg
Oxunub: 394     15:27     25 May 2026    
Mayın 28-də İrəvanda bayram tədbirləri keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, əsas tədbirlərdən biri hərbi parad olacaq.

Qeyd edilir ki, hərbi texnika artıq məşqlər üçün İrəvanın mərkəzinə gətirilib. Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarələri bu gün İrəvan səmasında təlim uçuşları həyata keçirib.

Daha əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan bildirmişdi ki, paradda Ermənistan istehsalı olan və ölkənin silahlı qüvvələrinin arsenalında yer alan silah və hərbi texnikalar nümayiş etdiriləcək.

Onun sözlərinə görə, burada pilotsuz uçuş aparatlarından radar sistemlərinə, rabitə avadanlıqlarından digər texnikalara qədər müxtəlif vasitələr təqdim olunacaq.

Erməni nazir qeyd edib ki, qarşıdakı parad müdafiə sahəsində görülən işlərlə bağlı ictimai hesabat rolunu oynayacaq.

“Biz əvvəllər heç vaxt ictimaiyyətə nümayiş etdirilməmiş bütün silah və hərbi texnikaları göstərəcəyik. Biz onları əldə etmişik, lakin heç vaxt nümayiş etdirməmişik”, - deyə Papikyan bildirib.

O əlavə edib ki, bu, əsasən 2022-2025-ci illərdə alınmış silahlara aiddir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Parad  


Bizi "telegram"da izləyin