Peskov: “Ermənistan şübhəsiz ki, Rusiyanın dost ölkələri sırasındadır”

2026/02/1771236825.jpg
Oxunub: 362     15:24     25 May 2026    
“Ölkələr Avrasiya İqtisadi Birliyi çərçivəsində ən qabaqcıl inteqrasiya proseslərindən birində iştirak edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Ermənistan Rusiyanın dost ölkələri sırasındadır və iki ölkə ən qabaqcıl inteqrasiya proseslərindən biri hesab olunan Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq edir.

“Şübhəsiz. Biz Ermənistanla ən qabaqcıl inteqrasiya proseslərindən birində, Avrasiya İqtisadi Birliyində iştirak edirik. Prezident Putin bu həftə Astanaya dövlət səfərinə gedəcək. Bundan sonra isə cümə günü bütün gün ərzində dövlət və hökumət başçıları Avrasiya İqtisadi Birliyinin gündəliyini müzakirə edəcək və Ali Komissiyanın iclası keçiriləcək”, - deyə Peskov jurnalistlərə bildirib.

Mətbuat katibi əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyasını nəzərə alaraq Avrasiya İqtisadi Birliyi Komissiyasının iclasında iştirak etməyəcək.

“Bununla yanaşı, biz gözləyirik ki, erməni tərəfi bu və ya digər şəkildə həmin çox vacib görüşdə iştirak edəcək”, - deyə Peskov dəqiqləşdirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin