Ordu.az xəbər verir ki, bunu Ermənistanın məzuniyyətdə olan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələrin pozulmasında maraqlı deyil.
Mirzoyan əlavə edib ki, İrəvan Moskva ilə normal münasibətlərin qorunması istiqamətində işləmək və bunu davam etdirmək niyyətindədir.
Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın addımlarının Ermənistanın Rusiya, Avrasiya İqtisadi Birliyi və KTMT ilə münasibətləri üçün təhlükə yaratdığını bildirmişdi.
Ermənistan XİN rəhbəri bu cür açıqlamaların səbəbi ilə bağlı suala cavab verməyib.
Alpər Mövludoğlu
Ordu.az