Kreml Ermənistanın Astanada keçiriləcək AİB sammitində iştirak edəcəyinə ümid edir

2026/05/1779708244.jpg
Oxunub: 369     15:19     25 May 2026    
“Erməni tərəfinin bu və ya digər formada həmin mühüm görüşdə iştirak edəcəyini gözləyirik”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva İrəvanın Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin qarşıdakı tədbirlərində bu və ya digər şəkildə iştirak edəcəyini gözləyir.

“Əgər səhv etmirəmsə, Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyası səbəbindən iştirak edə bilməyəcək. Amma eyni zamanda biz gözləyirik ki, erməni tərəfi bu və ya digər şəkildə yenə də həmin son dərəcə vacib görüşdə iştirak edəcək və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü davam etdirəcək”, - deyə Kremlin nümayəndəsi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin