Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub - YENİLƏNİB

2026/05/32424-1779706322.jpg
Oxunub: 527     14:41     25 May 2026    
İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

Ordu.az-ın məlumatına görə, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.

Ordu.az-ın məlumatına görə, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Təbriz   Konsul  


Bizi "telegram"da izləyin