Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə mayın 25-də hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı təşviqat kampaniyası zamanı bir erməni təqaüdçü baş nazir Nikol Paşinyanla söhbətində deyib.
“Yaxşı ay kişi, mənə ağıl öyrətmə. Mən sənin yaşında olmuşam, sonra bu yaşa çatmışam. Pensiyanı 10 min dram artırdın, məhsullar isə 20 min dram bahalaşdı”, - deyə o bildirib.
Erməni sakin 46-50 min dram məbləğində olan pensiyasından narazılıq edib və bu məbləğin yaşamaq üçün kifayət etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, minimum istehlak səbəti faktiki olaraq 120-140 min dram təşkil edir və buna görə də minimum pensiya həmin göstəricidən aşağı olmamalıdır. O qeyd edib ki, reallıqda pensiya bu məbləğin iki dəfə aşağısındadır.
Paşinyan cavabında bildirib ki, hakimiyyət pensiyaları 10 min dram artırıb və əlavə olaraq vətəndaşlar alış-verişlərini nağdsız qaydada etdikləri halda daha 10 min dram əldə edə bilərlər.
Erməni sakin isə bütün həyatı boyu nağd ödəniş etdiyini və artıq bu yaşda dəyişərək nağdsız ödəniş sisteminə keçəcək vəziyyətdə olmadığını deyib.
O, yoxsulluqdan şikayətlənərək qeyd edib ki, əgər Rusiyada və Belarusda yaşayan övladları ona kömək etməsəydi, yalnız pensiya ilə dolana bilməzdi.
Alpər Mövludoğlu
Ordu.az