Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.
Paşinyan bunu ölkənin iqtisadi həyatı üçün böyük hadisə adlandırıb və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlara təşəkkür edib.
O bildirib ki, Ermənistan hazırda Gürcüstan və Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan üzərindən Çinlə dəmir yolu əlaqəsinə malikdir.
Ermənistan Baş naziri qeyd edib ki, bundan sonra Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropa İttifaqı ilə də dəmir yolu bağlantısı mümkün olacaq.
“Yaxın vaxtlarda Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, həmçinin Naxçıvan üzərindən Ermənistan-İran dəmir yolunun açılması gözlənilir”, - deyə Paşinyan bildirib.
O vurğulayıb ki, bu hadisələrə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə şahid olunacaq.
Alpər Mövludoğlu
Ordu.az