Köçəryan: “Zelenski Ermənistana gələ bilər, Rusiya prezidenti isə yox”

2026/05/1779367799.jpg
Oxunub: 358     18:20     23 May 2026    
“Hazırkı hakimiyyət istənilən beynəlxalq sənədi ratifikasiya edir və nəticədə əsas strateji müttəfiqimizin rəhbəri artıq ölkəmizə gələ bilmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan “Hayastan” blokunun Dalarik kənd sakinləri ilə görüşü zamanı bildirib.

Köçəryanın sözlərinə görə, hakimiyyət Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyə qədər gedərək elə vəziyyət yaradıb ki, Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana səfər edə bilər, Rusiya prezidenti isə yox.

O vurğulayıb ki, hazırkı Konstitusiya “super baş nazirlik” modeli yaradıb və prezident postunu formal və mənasız vəzifəyə çevirib.

“Parlamentdə çoxluğa sahib olan baş nazir faktiki olaraq bütün instansiyaların hakimlərinin təyinatına nəzarət edir. Dövlətin başında duran bir nəfər bir qədər ağıldan uzaqlaşanda, hakimiyyətin həddindən artıq mərkəzləşməsi səbəbindən bütün ölkə zərər görür”, - deyə Köçəryan bildirib.

Ermənistanın ikinci prezidenti şübhəli beynəlxalq razılaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq ABŞ-ni nümunə göstərib.

O, həmçinin Moskva ilə münasibətlərin korlandığını qeyd edib və bunu Ermənistan ailələrinin rifahına təsir edən ciddi problem adlandırıb.

Elektron nəzarət və rəqəmsallaşma məsələsinə toxunan Köçəryan texnologiyaların total izləmə üçün istifadəsinin qəbuledilməz olduğunu bildirib.

“Moskva və Çin bu sahədə qabaqcıl nümunələrdir. Yeni hakimiyyət rəqəmsallaşmanı yalnız cəmiyyətin rahatlığı və vətəndaşların həyatının asanlaşdırılması üçün tətbiq edəcək”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin