Ordu.az xəbər verir ki, Tramp paylaşımında montaj edilmiş şəkil yayımlayıb.
Şəkildə Tramp Qrenlandiya mənzərəsi fonunda dayanarkən bir əli ilə dağı tutmuş vəziyyətdə təsvir olunub. Şəklin üzərində isə “Salam, Qrenlandiya” ifadəsi yer alıb.
Xatırladaq ki, Tramp daha əvvəl dəfələrlə Qrenlandiyanı nəzarət altına almaq istədiyini bildirmişdi.
Bu açıqlamalar həm ada rəhbərliyi, həm də Danimarka hökuməti tərəfindən narazılıqla qarşılanmışdı.
Bir neçə gün əvvəl isə ABŞ-nin Danimarkadakı səfiri Kennet Haueri Trampın artıq Qrenlandiyaya qarşı güc tətbiqi variantını nəzərdən keçirmədiyini açıqlamışdı.
Onun sözlərinə görə, adanın gələcəyinə yalnız qrenlandiyalılar qərar verməlidir.
Sevinc Əliyeva
Ordu.az