Ordu.az xəbər verir ki, sistemlərin mobil və avtomobilüstü hava hücumundan müdafiə tapşırıqlarında istifadə olunması planlaşdırılır.
“Saab”ın açıqlamasına görə, müqavilə çərçivəsində Fransa Silahlı Qüvvələrinə ümumilikdə 17 radar təhvil veriləcək. Onlardan biri sınaq və qiymətləndirmə fəaliyyətləri üçün istifadə olunacaq, qalan 16 sistem isə “Scania France” tərəfindən Anje şəhərində hazırlanan “Scania V3P” taktiki nəqliyyat vasitələrinə inteqrasiya ediləcək.
Tədarüklərin 2026-2027-ci illər arasında həyata keçirilməsi planlaşdırılır.
Razılaşmaya ehtiyat hissələri, təlim və texniki dəstək xidmətləri də daxildir. Bildirilib ki, “Saab” və “Scania France” istehsal və inteqrasiya proseslərini idarə etmək üçün proqram müddətində birgə konsorsium yaradıb.
“Giraffe 1X” hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və kritik infrastrukturun qorunması tapşırıqları üçün hazırlanmış kompakt 3 ölçülü radar sistemi kimi önə çıxır.
Taktiki vasitələrə inteqrasiya edilən radarın xüsusilə aşağı hündürlükdə uçan və yüksək sürətli hava hədəflərinin aşkarlanmasında Fransa ordusuna daha yüksək hərəkətlilik verməsi hədəflənir.
Sistem xüsusilə pilotsuz uçuş aparatı təhdidlərinə qarşı sürətlə yerləşdirilə bilən mobil hava müşahidə həlli təqdim etməsi ilə diqqət çəkir. Bu qabiliyyətin intensiv radioelektron mübarizə və təhdid mühitlərinin mövcud olduğu müasir döyüş sahələrində mühüm üstünlük yaradacağı qiymətləndirilir.
NATO ölkələrində genişlənir
Son illərdə bir çox ölkə mobil hava müşahidəsi və anti-pilotsuz uçuş aparatı qabiliyyətini artırmaq məqsədilə “Saab”ın “Giraffe 1X” radar sisteminə yönəlib.
ABŞ Quru Qoşunları aprel ayında Estoniya, Latviya və Litvaya təhvil verilmək üçün 10 ədəd “Giraffe 1X” hava müşahidə radarı ilə bağlı “Saab”a təxminən 24 milyon dollarlıq müqavilə vermişdi.
“Saab” həmçinin 2025-ci ilin dekabrında Latviyaya radar təhvil vermiş, Litvaya təqdim olunan 148 milyon dollarlıq Mobil Qısa Mənzilli Hava Hücumundan Müdafiə sistemi çərçivəsində də “Giraffe 1X” radarlarını inteqrasiya etmişdi.
Sevinc Əliyeva
Ordu.az