Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan iyunun 5-də İrəvanın Respublika meydanında hakim “Vətəndaş Müqaviləsi” partiyasının mitinqində çıxışı zamanı bildirib.
“Bütün agentlər həbs olunacaq, onların yaxınları isə ömür boyu cəzaçəkmə müəssisələrində onları ziyarət edəcəklər. Üstəlik, onları İrəvan meriyasının aldığı yeni avtobuslar və trolleybuslarla ziyarət edəcəklər”, - deyə Rubinyan qeyd edib.
Ermənistan parlamentinin vitse-spikeri müxalifəti seçicilərə rüşvət verməkdə də ittiham edib.
Alpər Mövludoğlu
Ordu.az