Səadət Yusifova: "BMT-nin inkişaf məqsədlərinə uyğun fəaliyyət Azərbaycanın prioritetləri sırasındadır"

2026/05/17448-1779188871.jpg
Oxunub: 258     14:32     19 May 2026    
Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət Azərbaycanın əsas prioritetləri sırasındadır.

Ordu.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.

"Bu gün balanslaşdırılmış regional inkişaf, dayanıqlı məskunlaşma və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət Azərbaycanın əsas prioritetləri sırasındadır. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi ölkəmizin dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun göstəricisidir", - o əlavə edib.

Nazir müavini Azərbaycanın zəngin şəhərsalma və memarlıq ənənələrinə malik olduğunu vurğulayıb:

"UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, eləcə də Şəkinin tarixi mərkəzi və Xan Sarayı ölkəmizin zəngin mədəni irsini əks etdirir. Müasir dövrdə isə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və Ağ Şəhər layihəsi Azərbaycanın innovativ və dayanıqlı inkişaf baxışını nümayiş etdirir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan   Səadət-Yusifova  


Bizi "telegram"da izləyin