Ordu.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko deyib.
O bildirib ki, Belarus prezidentinin tapşırığı ilə Bakıda keçirilən WUF13-də iştirak edirlər:
"Forum möhtəşəm təşkil olunub. Burada 45 mindən çox iştirakçı var. Möhtəşəm tədbir təşkil olunub. Bizim başlıca məqsədimiz rahat həyat şəraitinin qurulmasına yönəldilməlidir. Bizə dost olan Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirmək prioritetlərimizdən biridir. Tərəfdaşlarımızla bu yöndə danışırıq. Şübhəsiz ki, Belarus Respublikasının iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə də layihələr planlaşdırılır. Azərbaycanla birgə layihələr 1 milyard ABŞ dolları dəyərindədir. Bizim ikitərəfli münasibətlərimizdə heç bir qapalı mövzu yoxdur".
Ordu.az