Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır

2026/05/1778502836.jpg
Oxunub: 446     03:58     15 May 2026    
Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin göndərilməsi yer alır.

Ordu.az-ın məlumatına görə, bu barədə ERR nəşri müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda variantların maliyyə dəyəri və müttəfiqlərin ehtiyacları qiymətləndirilir. Gəmi heyəti seçilərsə, missiyada 40-60 nəfərin iştirakı mümkün ola bilər.

Məlumata görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü olan missiyanın hərbi münaqişə başa çatdıqdan sonra rotasiya əsasında həyata keçirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Hörmüz  


Bizi "telegram"da izləyin