Ordu.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib.
"Bunu erkəndən etməyi düşünmüşdük, amma bu, bir az vaxt, bir həftə yarım vaxt aparacaqdı. Bu, düşmən ərazisində olmaq üçün uzun müddətdir", - deyə o, Fox News-a verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, zənginləşdirilmiş uranın çıxarılması əməliyyatı qranitin deşilməsini tələb edirdi: "Qranit çox sərtdir. Biz (2025-ci ilin iyun ayında – Qeyd) zərbələr üçün çox güclü bombalardan istifadə etdik".
Tramp həmçinin, İranın zənginləşdirilmiş uranının nəzarət altında basdırıla biləcəyini, lakin Vaşinqtonun onun sərəncamında olmasını üstün tutacağını bildirib: "Bəli, onu nəzarət altında basdırmaq olar, amma mən onu qəbul etməyi üstün tutardım".
O, həmçinin ABŞ-nin sonda bu uranı çıxarmağa müvəffəq olacağı fikrini də dilə gətirib.
Ordu.az