"Si Cinpin İran ətrafındakı vəziyyətin həllində kömək təklif edib" - Tramp

2025/05/1746768021.jpg
Oxunub: 432     23:46     14 May 2026    
Çinin sədri Si Cinpin İran ətrafındakı vəziyyətlə bağlı razılaşma əldə olunmasını istəyir və münaqişənin həllində kömək təklif edib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Prezident Si Cinpin razılaşma görmək istəyir. O, həqiqətən də razılaşma görmək istəyir. Və kömək təklif edib. O dedi: "Əgər kömək edə biləcəyim bir şey varsa, kömək etmək istərdim". O, həqiqətən də bunu deyib", - deyə D. Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Çin lideri həmçinin Hörmüz boğazının açılmasının tərəfdarıdır. "Bu qədər neft alan hər kəsin İranla bir növ əlaqəsi olduğu açıq-aydın görünür. Amma o dedi ki, 'Mən kömək etmək istərdim. Əgər hər hansı bir kömək edə bilsəm, kömək etmək istərdim'. O, Hörmüz boğazının açılmasını istəyir", - deyə Tramp əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin