İran və Rusiya TŞ katiblərinin müavinləri Yaxın Şərq böhranını müzakirə ediblər

2026/05/1778785591.jpg
Oxunub: 412     23:04     14 May 2026    
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 21-ci görüşü çərçivəsində Rusiya və İran nümayəndələri arasında mühüm ikitərəfli görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov İran Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqeri ilə danışıqlar aparıb.

Məlumata görə, Moskva Yaxın Şərq böhranının yalnız beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinin tapılması üçün Tehranla sıx əməkdaşlıq etməyə hazırdır.

Venediktov vurğulayıb ki, mövcud mürəkkəb şəraitdə Rusiya və İran yüksək səviyyədə müntəzəm təmasları davam etdirir və xarici siyasətdə nümunəvi koordinasiya nümayiş etdirirlər.

Rusiya Təhlükəsizlik Şurasının nümayəndəsi ABŞ və İsrailin İrana qarşı fəaliyyətini qətiyyətlə pisləyib, iranlı rəsmilərin və hərbi komandirlərin həlak olması ilə bağlı başsağlığı verib.

İran agentliyi qeyd edib ki, xarici təhdidlər İranı zəiflətməyib, əksinə, ölkə xalqının daha da birləşməsinə səbəb olub.

Bişkekdə İran nümayəndə heyətinə rəhbərlik edən Əli Baqeri isə Vaşinqtonun xarici siyasətini sərt tənqid edib.

“ABŞ-nin beynəlxalq arenadakı fəaliyyəti göstərir ki, onlar dünyanı qanun və nizamın olmadığı bir növ cəngəlliyə çevirmək istəyirlər”, - deyə Baqeri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin