Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.
"Bu gün o, bir şeylə razılaşdı: o, 200 təyyarə sifariş edəcək ki, bu da Boeing üçün çox vacib bir hadisədir. 200 böyük layihə. Bu, çoxlu iş yeri deməkdir. Boeing 150 istəyirdi, amma 200-ü aldı", - deyə Tramp bildirib.
Qeyd olunur ki, ABŞ prezidentinin Çinə səfəri zamanı onu Boeing şirkətinin baş direktoru Kelli Ortberq müşayiət edib.
Ordu.az