Türkiyədən Qəzzaya yeni yardım donanması yola düşüb

2025/03/1741583029.jpg
Oxunub: 378     20:44     14 May 2026    
Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə "Clash Report" "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 45 ölkədən gəlmiş təxminən 500 fəalın iştirak etdiyi karvan 54 qayıqdan ibarətdir və bu, fəalların Qəzzaya çatmaq üçün sayca ikinci cəhdidir:

"Fəallar yenidən Türkiyədə toplaşaraq daha böyük karvan formalaşdırıblar və yenidən Qəzzaya doğru hərəkətə başlayıblar. İsrail tərəfi isə donanmanın qarşısını yenidən alacağını bildirib", - məlumatda vurğulanıb.

Bildirilib ki, humanitar yardıma düyü, un, körpə qidası və dərman vasitələri daxildir.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qəzza  


Bizi "telegram"da izləyin