Hindistanın baş naziri Lavrovla danışıqlardan danışıb: Qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb

2026/05/1778779199.jpg
Oxunub: 424     21:16     14 May 2026    
Hindistanın baş naziri Narendra Modi “X” sosial şəbəkəsində Yeni Dehlidə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlar barədə məlumat verib.

Ordu.az xəbər verir ki, Modi tərəflərin qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etməkdən məmnun oldum. Ona Xüsusi və İmtiyazlı Strateji Tərəfdaşlığımızın müxtəlif istiqamətləri üzrə əldə olunan irəliləyişlə bağlı məlumat verdiyinə görə təşəkkür etdim.

Biz həmçinin Ukraynadakı və Qərbi Asiyadakı vəziyyət də daxil olmaqla müxtəlif regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş səylərə davamlı dəstəyimizi bir daha təsdiqlədik”, - deyə Hindistanın baş naziri yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Modi   Lavrov  


Bizi "telegram"da izləyin