Ordu.az xəbər verir ki, əsir mübadiləsi üzrə danışıqlarda hökumət nümayəndə heyətinin rəhbəri Yəhya Kuzman mübadilə niyyətini açıqlayıb.
“Hər iki tərəfdən təxminən 1728 nəfər azad ediləcək. Bu, məhbusların və onların ailələrinin əzablarına son qoymağa yönəlmiş mühüm humanitar addım olacaq”, - deyə Kuzman “”X sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, husilər tərəfindən azad ediləcək şəxslər arasında Yəmən ordusunun hərbçiləri, siyasətçilər və jurnalistlər də olacaq.
“Al Arabiya”nın məlumatına görə, razılaşma İordaniyanın paytaxtı Ammanda imzalanıb.
Sevinc Əliyeva
Ordu.az