RST SAHA 2026-da qabaqcıl müdafiə həllərini təqdim edib - VİDEO

2026/05/Ekran-1778774705.jpg
Oxunub: 631     20:02     14 May 2026    
Elektronika, kosmos, müdafiə və aviasiya sahələrində fəaliyyət göstərən “RST Texnologiya” 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçirilən “SAHA İstanbul 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində tanıtım fəaliyyəti həyata keçirib.

Ordu.az xəbər verir ki, “RST Texnologiya” aşağı radara görünmə qabiliyyətinə malik hədəfləri yüksək dəqiqliklə aşkarlaya bilən, çoxsaylı hədəf izləmə və eyni zamanda təsnifat imkanına malik radar sistemlərini SAHA sərgisinə gətirib.

Müdafiə və təhlükəsizlik texnologiyaları istiqamətində imkanlarını paylaşan RST həllərinin çoxşaxəli xüsusiyyətlərini və qabaqcıl texnoloji bacarıqlarını effektiv şəkildə nümayiş etdirərək SAHA iştirakçılarının diqqətini cəlb edib.

RST tədbir boyunca sektor nümayəndələri ilə görüşüb, iş tərəfdaşları ilə məhsuldar müzakirələr aparıb və stendində ziyarətçiləri qəbul edib. Şirkət keçirdiyi görüşlər zamanı mövcud ehtiyacları və gələcəyə yönəlik imkanları qiymətləndirib.

Şirkət qabaqcıl mühəndislik bacarıqlarını, innovativ yanaşmasını və uzaqdan algılama texnologiyalarını özünün ən yeni həlləri ilə birlikdə sektor peşəkarları, iş tərəfdaşları və ziyarətçilərə təqdim edib.

RST sərgi çərçivəsində həmçinin Müdafiə Sənayesi Baş İdarəsi ilə İHARAD Layihəsi Müqaviləsini imzalayıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RST   SAHA   2026  


Bizi "telegram"da izləyin