Rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən “CTech Bilişim Texnologiyaları” 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçirilən “SAHA İstanbul 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edərək yeni əməkdaşlıqlar, məhsul təqdimatları və nümayəndə heyətləri ilə keçirdiyi görüşlərlə məhsuldar sərgi keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“CTech”dən SAHA 2026-da iştirakla bağlı verilən açıqlamada belə deyilib:
“Bayrağımızı qlobal arenada təmsil etdiyimiz SAHA 2026-nı uğurla tamamladıq. Sərgi boyunca imzaladığımız əməkdaşlıq razılaşmaları, yeni əməkdaşlıqlara yönəlmiş məhsuldar görüşlər və stendimizə göstərilən böyük maraq yerli və milli rabitə texnologiyalarımıza olan etibarı bir daha ortaya qoydu. Birlikdə istehsal edən, inkişaf etdirən və gələcəyi formalaşdıran müdafiə sənayesi ekosisteminin parçası olmaqdan məmnunuq. Stendimizi ziyarət edən bütün qonaqlarımıza təşəkkür edirik. Quruda, havada və dənizdə fasiləsiz bağlantı üçün hazırladığımız qabaqcıl peyk və xəttüstü əlaqə texnologiyalarımızla yeni sərgilərdə yenidən görüşənədək”.
“CTech” SAHA 2026-da HAVELSAN ilə İnsansız Suüstü Avtonom Platformalar çərçivəsində Əməkdaşlıq Protokolu, “Kuartis” şirkəti ilə Əməkdaşlıq Niyyət Sazişi və “Anadolu Robotik” şirkəti ilə Əməkdaşlıq Niyyət Sazişi imzalayıb.
“CTech”in sərgidə ilk dəfə təqdim etdiyi ANKA-3 üçün xüsusi peyk əlaqə antenası “SkyARX E-Ku” da SAHA ziyarətçiləri ilə görüşüb.