BSDA 2026 Rumıniyada başladı - VİDEO

2026/05/Ekran-1778774247.jpg
Oxunub: 607     19:48     14 May 2026    
Beynəlxalq Qara dəniz Müdafiə, Aviasiya və Təhlükəsizlik Sərgisi (BSDA) Buxarestdə qapılarını açıb.

Ordu.az xəbər verir ki, mayın 12-də başlayan sərgi Rumıniya Prezident Aparatının himayəsi altında təşkil olunur.

20 illik tarixi ərzində ən böyük tədbir olması gözlənilən sərgi müdafiə sənayesi şirkətlərini, hərbi rəsmiləri və beynəlxalq nümayəndə heyətlərini bir araya gətirir.

Tədbir Rusiya-Ukrayna müharibəsi və regiondakı təhlükəsizlik narahatlıqlarının təsiri ilə Avropanın müdafiə xərclərini və hərbi modernizasiya proqramlarını sürətləndirdiyi bir dövrdə keçirilir.

BSDA-nın açıqlamasına görə, bu il sərgidə 36 ölkədən 650-dən çox şirkət, 7 milli pavilyon, 350-dən çox rumıniyalı və xarici rəsmi iştirak edəcək. Üç gün davam edəcək tədbir ərzində təxminən 30 min ziyarətçinin sərgini izləyəcəyi gözlənilir.

BSDA 2026-da insansız sistemlər, pilotsuz uçuş aparatı əleyhinə texnologiyalar və süni zəka tətbiqləri sərginin əsas gündəm başlıqları arasında yer alır.

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri də sərgidə iştirak edir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BSDA   2026   Rumıniya  


Bizi "telegram"da izləyin