Avropa Komissiyası Rumıniyaya 2,6 milyard avrodan çox vəsaitin ayrılmasını təsdiqləyib

2025/10/1759499569.jpg
Oxunub: 395     19:06     14 May 2026    
Avropa Komissiyası Rumıniyaya 2,62 milyard avro ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında yazıb.

"İslahatlar sahəsindəki səyləriniz mükafatlandırılıb. Bu gün biz Bərpa və Dayanıqlılıq Mexanizmi çərçivəsində Rumıniyaya 2,62 milyard avronun ayrılmasına dair dördüncü sorğunun müsbət ilkin qiymətləndirməsini təsdiqlədik. Rumıniya 38 aralıq tapşırığı və 24 hədəf göstəricisini qənaətbəxş yerinə yetirib", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Rumıniya  


Bizi "telegram"da izləyin