Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi BVF-yə yaxın mənbəyə istinadən məlumat yayıb.
İlkin danışıqlar ötən ay Vaşinqtonda BVF və Dünya Bankının yaz toplantıları zamanı baş tutub. Mənbənin sözlərinə görə, İraqa nə qədər maliyyə vəsaiti lazım olacağı və mümkün kreditin strukturunun necə qurulacağı ilə bağlı müzakirələr davam edir.
“Reuters” qeyd edir ki, İraq neft ehtiyatlarının həcminə görə dünyada beşinci yerdədir və ölkə iqtisadiyyatı neft ixracı ilə sıx bağlıdır.
BVF-nin saytında yer alan məlumatlara əsasən, İraqın BVF ilə son maliyyə sazişi 3,8 milyard dollar məbləğində ehtiyat razılaşması olub və həmin sazişin müddəti 2019-cu il iyulun sonunda başa çatıb. Bu vəsaitin 1,49 milyard dolları istifadə olunub.
İraqın qlobal kreditor qarşısında 23,9 milyard dollar borcu var. Bu məbləğə sürətli maliyyələşdirmə aləti çərçivəsində təqdim edilmiş təxminən 891 milyon dollar da daxildir.
Sevinc Əliyeva
Ordu.az