“Çin və ABŞ ordular arasında qarşılıqlı fəaliyyət kanallarından səmərəli istifadə etməlidir” - Si Cinpin

2026/05/1778746991.jpg
Oxunub: 374     12:12     14 May 2026    
Çin və ABŞ iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət kanallarından daha səmərəli istifadə etməlidir.

Ordu.az xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Pekində ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı bildirib.

“Hər iki tərəf əldə etdiyimiz mühüm razılaşmaları həyata keçirməli və gələcəkdə həm siyasi-diplomatik təmaslar, həm də iki ölkənin silahlı qüvvələri arasında əlaqə kanallarından daha səmərəli istifadə etməlidir”, - deyə Çin liderinin sözlərini “Sinxua” agentliyi sitat gətirib.

İki ölkə liderinin görüşü cümə axşamı Pekindəki Xalq Yığıncaqları Sarayında keçirilib.

İki saat davam edən danışıqlar Donald Trampın mayın 13-15-də Çinə etdiyi dövlət səfəri çərçivəsində baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   ABŞ   Çin  


Bizi "telegram"da izləyin