Rubio ölkələrin ABŞ-yə yardım göstərməkdən imtina etməsinə görə NATO-nun mövcudluq mənasını şübhə altına alıb

2026/05/1778742884.jpg
Oxunub: 356     11:10     14 May 2026    
“İranla münaqişə zamanı NATO üzvü olan bəzi ölkələr ABŞ-yə öz hərbi bazalarını təqdim etməkdən imtina edib və bu, alyansın mövcudluq mənasını sual altına qoyur”.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“NATO tərəfdaşları sizə həmin bazalardan istifadə etməyə icazə vermədikdə, halbuki alyansın ABŞ üçün əsas üstünlüyü məhz orada qüvvə yerləşdirmək hüququdursa, onda alyansın mənası nədir? Belə çıxır ki, onlar yalnız özləri istəyəndə müttəfiq olurlar”, - deyə Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

ABŞ dövlət katibinin fikrincə, Vaşinqtonun bu cür sualları təkcə İspaniyaya deyil, Rumıniya və Bolqarıstana münasibətdə də vermək üçün tam əsası var.

Onun sözlərinə görə, bu ölkələr NATO çərçivəsində razılaşmaları yalnız öz müdafiələrini təmin etmək məqsədilə vacib hesab edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   NATO  


Bizi "telegram"da izləyin