Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

2026/05/1778740509.jpg
Oxunub: 307     10:22     14 May 2026    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Bu barədə Ordu.az Akordaya istinadən xəbər verir.

Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib.

Rəsmi mərasimdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astana   Tokayev   Ərdoğan  


Bizi "telegram"da izləyin