Rubio ABŞ və Çin münasibətləri barədə fikrini bildirib

2026/05/1778739396.jpg
Oxunub: 307     10:15     14 May 2026    
Çinlə münasibətlər ABŞ üçün əsas geosiyasi çağırışdır.

Ordu.az xəbər verir ki, bu barədə mayın 13-də ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Çin geosiyasi baxımdan bizim əsas siyasi çağırışımızdır və bu, həm də idarə etməli olduğumuz ən vacib münasibətdir”, - deyə o, “Fox News”a müsahibəsində bildirib.

Rubio izah edib ki, ABŞ Çinlə bağlı xarici siyasətdə balans tapmalıdır. Onun sözlərinə görə, Vaşinqton Çini geosiyasi rəqib kimi cilovlasa da, qlobal sabitliyi qorumaq üçün sağlam münasibətləri də saxlamalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   Çin  


Bizi "telegram"da izləyin