Si Cinpin 14 saniyə davam edən əl sıxma zamanı Trampa təşəbbüsü ələ almağa imkan verməyib

2026/05/1778739365.jpg
Oxunub: 324     10:14     14 May 2026    
ÇXR sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp görüşün əvvəlində bir-birilə əl sıxıblar və çinli lider 14 saniyə davam edən salamlaşma zamanı Trampın təşəbbüsü ələ almasına imkan verməyib.

Ordu.az xəbər verir ki, əvvəlcə əllər Trampa daha yaxın olub, lakin daha sonra Si Cinpin mövqeyi bərabərləşdirib və əllər liderlərdən eyni məsafədə yerləşib.

ABŞ prezidenti bir neçə dəfə sol əli ilə Si Cinpinin ovucuna yüngül şəkildə vurub. Salamlaşmanın sonunda liderlər əllərini buraxıblar.

Bu zaman Tramp əlavə olaraq əlini ÇXR rəhbərinin dirsəyinə qoyub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Tramp  


Bizi "telegram"da izləyin