Si Cinpin ABŞ və Çin arasında Tayvanla bağlı münaqişə riski barədə xəbərdarlıq edib

2026/05/1778734376.jpg
Oxunub: 325     08:28     14 May 2026    
Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər.

Ordu.az-ın məlumatına görə, Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib.

"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək", - Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.

Çin Sədri həmçinin qeyd edib ki, adanın müstəqilliyinə can atmaq regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Tramp  


Bizi "telegram"da izləyin