Tramp: "ABŞ və Çin fikir ayrılıqlarını qısa zamanda həll edirlər"

2026/05/1778734282.jpg
Oxunub: 427     08:11     14 May 2026    
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpin ilə danışıqların əvvəlində iki ölkə arasındakı münasibətlərdə bəzən çətinliklərin yarandığını, lakin onların qısa zamanda həll olunduğunu etiraf edib.

Ordu.az-ın məlumatına görə, o, bu açıqlamanı Pekindəki Böyük Xalq Zalında verib.

"Biz bir-birimizi uzun müddətdir tanıyırıq. Bizim fantastik münasibətlərimiz var idi. Biz yola gedirdik və çətinliklər yarandıqda onları həll edirdik", - Tramp deyib.

"İnsanlar bunu bilmir, amma problemimiz olanda onu çox tez həll edirdik", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Çin  


Bizi "telegram"da izləyin