Fransada İsrail şirkətinin dezinformasiya kampaniyası araşdırılır

2026/05/1778699238.jpg
Oxunub: 394     22:56     13 May 2026    
Fransa hakimiyyəti mart ayında keçirilmiş yerli seçkilərdən əvvəl ifrat sol partiyaya qarşı yönəlmiş xarici müdaxilə kampaniyasının az tanınan İsrail şirkəti “BlackCore” tərəfindən həyata keçirildiyi iddiasını araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Fransa kəşfiyyat xidmətləri “Boyun Əyməyən Fransa” partiyasının üç namizədini nüfuzdan salmağa yönəlmiş kampaniyanın sifarişçisini müəyyən etməyə çalışır.

Əməliyyat çərçivəsində saxta internet saytları və sosial şəbəkə hesabları yaradılıb, həmin platformalarda namizədlərə qarşı cinayət xarakterli ittihamlar səsləndirilib və təhqiredici rəqəmsal reklamlar yerləşdirilib.

“Reuters” agentliyi “BlackCore” şirkətinin sahiblərini, ofisinin yerləşdiyi ünvanı və İsrail korporativ reyestrlərində şirkətlə bağlı məlumatları müəyyən edə bilməyib.

Şirkət özünün artıq silinmiş resurslarında özünü “müasir informasiya müharibəsi dövrü üçün yaradılmış təsir, kibertexnologiya və informasiya texnologiyaları üzrə elit şirkət” kimi təqdim edib.

Analitiklərin fikrincə, hazırda 10-15 faiz reytinqə malik olan “Boyun Əyməyən Fransa” partiyası 2027-ci il prezident seçkilərinin ikinci mərhələsinə keçə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İsrail  


Bizi "telegram"da izləyin