ABŞ Senatı Trampın İranla müharibə siyasətini dəstəkləyib

2026/05/1778699182.jpg
Oxunub: 434     22:50     13 May 2026    
ABŞ Senatı Donald Trampın İrana qarşı müharibə aparmaq səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni cüzi səs fərqi ilə rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Səsvermə Ağ Evin münaqişə ilə bağlı Konqresdən rəsmi icazə almalı olduğu 60 günlük müddətin başa çatmasından sonra keçirilən ilk səsvermə olub.

Oreqon ştatından senator Ceff Merkli tərəfindən təqdim olunan təşəbbüs demokratların Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün 2026-cı il fevralın sonundan etibarən etdiyi yeddinci uğursuz cəhd olub. Səsvermənin nəticəsi 50 “əleyhinə”, 49 “lehinə” təşkil edib.

Demokratlar bildirirlər ki, Hərbi Səlahiyyətlər haqqında qanuna əsasən administrasiya mayın 1-dək hərbi əməliyyatların davam etdirilməsi üçün Konqresin razılığını almalı idi. Onların fikrincə, Tramp hazırda qanunu açıq şəkildə pozur.

Ağ Ev isə bu iddiaları rədd edərək bildirib ki, atəşkəs elan edildikdən sonra vaxt hesablanması dayandırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   Tramp  


Bizi "telegram"da izləyin