Peskov: “Putinin Trampı Moskvaya dəvəti hələ də qüvvədədir”

2026/02/1771236825.jpg
Oxunub: 384     12:55     13 May 2026    
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampı Moskvaya dəvət etməsi hələ də qüvvədə qalır.

Ordu.az xəbər verir ki, bu barədə mayın 13-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.

“Şübhəsiz”, - deyə o, jurnalistin sualını cavablandırıb.

Donald Tramp mayın 12-də bildirib ki, bu il Rusiya səfəri istisna edilmir.

Lakin ABŞ lideri özü ilə Putin arasında Donbas məsələsində hələ də ortaq mövqenin formalaşmadığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin   Tramp  


Bizi "telegram"da izləyin