Ermənistanın xarici işlər naziri “Türklər açırlar” ifadəsinə münasibət bildirib

2026/05/1778581982.jpg
Oxunub: 476     14:41     12 May 2026    
“Açacaqlar, onda anlayacağıq”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nikol Paşinyana dediyi “Türklər açırlar” ifadəsini şərh edərkən bildirib.

O əmin edib ki, söhbət Ermənistan-Türkiyə sərhədinin açılmasından və ya üçüncü ölkələrin vətəndaşlarına sərhədi keçmək hüququnun verilməsindən getmir.

“Bu da bir gün olacaq, əlbəttə ki, əminəm, amma bu dəfə söhbət bir qədər başqa məsələdən gedir. Açıqlama vaxtı gələn kimi deyəcəyəm. Söhbət yaxşı şeylərdən gedir. Bundan sonra söhbət yalnız yaxşı şeylərdən gedəcək”, - deyə Mirzoyan bildirib.

O əlavə edib ki, Ermənistan və erməni xalqının Avropa ilə bağlı ambisiyalarının olması sirr deyil və bu məsələ ilə bağlı qərarı Ermənistan vətəndaşlarının verəcəyi birmənalıdır.

“Ermənistanın gələcəyi ilə bağlı istənilən qərarı Ermənistan vətəndaşları verəcək. Referenduma çıxarılmalı olan bütün məsələlər referendum vasitəsilə həll ediləcək. Qanunvericiliyimiz hər şeyi tənzimləyir. Əgər qanunda hansısa məsələnin referendum yolu ilə həll olunmalı olduğu yazılıbsa, o zaman bu məsələ referendumla həll ediləcək, yazılmayıbsa, onda necə qərar verəcəyimizi özümüz müəyyənləşdirəcəyik”, - deyə Mirzoyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin