Rusiya səfirliyi Böyük Britaniyanın Ermənistan seçkilərinə müdaxilə ilə bağlı ittihamlarını cəfəngiyat adlandırıb

2026/05/1778567368.jpg
Oxunub: 438     14:30     12 May 2026    
Rusiyanın Ermənistandakı seçkilərə guya müdaxilə etməsi ilə bağlı Britaniya hökumətinin bəyanatları Londonun açıq neomüstəmləkə siyasəti fonunda cəfəng görünür.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyinin TASS agentliyinə təqdim etdiyi şərhdə bildirilib.

“Britaniyanın Ermənistan seçkilərinə müdaxilə ilə bağlı ittihamları İrəvanda Qərbi Avropanın təbliğat “desantı” fonunda daha da absurddur. Londonun əvvəllər Kiyevdə dövlət çevrilişinə töhfə vermiş neomüstəmləkə siyasəti indi Ermənistanı da hədəfə alıb.

Artıq Qərbin Moldovada və Rumıniyada etdiyi kimi, suveren dövlətlərin işlərinə müdaxilə etməyi dayandırmasının vaxtıdır. Necə deyərlər, “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Britaniya   Ermənistan  


Bizi "telegram"da izləyin