“Boşanmırıq, aliment istəmirik, uşaqları bölmək niyyətimiz yoxdur” - Simonyan

2026/05/1778581392.jpg
Oxunub: 617     14:20     12 May 2026    
“Boşanmırıq, aliment istəmirik, uşaqları bölmək niyyətimiz yoxdur”.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvanın Şenqavit rayonunda hakim “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyası zamanı jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Biz onlara lazım deyilik? Bəs niyə bu qədər qarışıblar? Biz onlara lazım deyilik? Onda niyə hər yerdə deyirlər ki, “Rusiyada Ermənistandan daha çox insan yaşayır, Rusiya olmasaydı Ermənistan ümumiyyətlə ölkə olmazdı”. Əgər bu qədər lazım deyiliksə, indi nəyi müzakirə edirik?”, - deyə Simonyan bildirib.

O, jurnalistlərə “bir stəkan suda fırtına yaratmamağı” tövsiyə edib.

“Gedəcəyik, oturacağıq, müzakirə edəcəyik, danışacağıq. Biz nəsə təklif edəcəyik, onlar da nəsə təklif edəcəklər. Bu siyasətdir, nikah və boşanma deyil. Bizim belə məqsədimiz yoxdur, aliment istəmək niyyətimiz yoxdur, uşaqları bölmək niyyətimiz yoxdur və bu cür söhbətlərin əleyhinəyik”, - deyə Simonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin