Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Mirzoyan Paşinyana yaxınlaşaraq onun qulağına nəsə pıçıldayıb.
Paşinyan ehtiyatla mikrofonu əli ilə bağlasa da, Mirzoyanın dediklərinin bir hissəsi canlı yayımda eşidilib.
Cümlənin tam məzmunu aydın olmasa da, bəzi ifadələr seçilib. Belə ki, “Türklər bu gün açırlar, kodları xatırlayırsınız, XİN sözçüsünün şərhi ilə bir “welcoming” mətn hazırlayaq, amma bilmirəm, siz deyin” sözləri eşidilib.
Bundan sonra Paşinyan üzərində yerləşdirilmiş mikrofonu əli ilə göstərib və Mirzoyan danışmağı dayandırıb.
Alpər Mövludoğlu
Ordu.az