Ordu.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ-nin Müdafiə Şurasının iclasından əvvəl bildirib.
Kallasın sözlərinə görə, Aİ ölkələri Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Livan silahlı qüvvələrinə dəstəyi gücləndirmək variantlarını nəzərdən keçirirlər.
"Avropalılar Livan silahlı qüvvələrini dəstəkləmək üçün yeni missiya yaratmağa hazırdır", - o jurnalistlərə deyib və əlavə edib ki, hazırkı UNIFIL missiyasının yeni Avropa formatı ilə əvəz olunması imkanı müzakirə edilir.
Görüşün ikinci əsas mövzusu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, həmçinin Aİ-nin "Aspides" hərbi-dəniz əməliyyatının gələcəyi olacaq.
Kallas həmçinin bildirib ki, Aİ artıq Fars körfəzi ölkələri ilə hazırkı münaqişə başa çatdıqdan sonra Yaxın Şərqdəki gələcək təhlükəsizlik arxitekturası barədə məsləhətləşmələr aparır.
Ordu.az