Xocavənd rayonuna köçürülən daha 18 ailəyə açarlar təqdim edilib - YENİLƏNİB

2025/11/dfdfs-1763701274.jpg
Oxunub: 652     14:24     12 May 2026    
Xocavənd şəhəri, eyni adlı kənd və Qırmızı Bazara köçürülən daha 18 ailəyə evlərinin açarları təqdim edilib.

Ordu.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülüb.

***

Xocavənd şəhəri, eyni adlı kənd və Qırmızı Bazara yola salınan 18 ailədən ibarət növbəti köç karvanları rayon mərkəzinə çatıb.

Ordu.az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə qayıdan sakinlər ölkənin müxtəlif yerlərində məskunlaşmış ailələrdir.

***

Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanları yola salınıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülür.

Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocavənd   Köç  


Bizi "telegram"da izləyin