Ordu.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Tsyakun açıqlama verib.
“Çin öz müəssisələrinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq”, - deyə o, Vaşinqtonun son məhdudiyyətlərini şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ İranın hərbi strukturlarından neft alıb Çinə tədarük etməkdə günahlandırılan, o cümlədən Honkonqda qeydiyyatdan keçmiş şirkətlər də daxil olmaqla 12 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
Çinli diplomat vurğulayıb ki, Pekin “qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır”, çünki onların beynəlxalq hüquqda heç bir əsası yoxdur və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyib.
Sevinc Əliyeva
Ordu.az