Ermənistan-İran sərhədində sərhəd keçid məntəqələri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub

2026/05/1778573985.jpg
Oxunub: 429     12:08     12 May 2026    
Ermənistanın İrandakı səfiri Qriqor Hovakimyan Ermənistan-İran sərhədində yerləşən Norduz keçid məntəqəsini ziyarət edib və burada Culfa vilayətinin rəhbəri Yəhya Dəşti, Norduz sərhəd keçid məntəqəsinin rəhbəri Məhəmməd İbrahim Nuşiranzadə, həmçinin Kəpəndəki İran baş konsulu Morteza Abedin Varamini ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.

Mlumata görə, görüş zamanı tərəflər iki ölkənin sərhəd keçid məntəqələri arasında əməkdaşlığın dərinləşdirilməsi, yük maşınlarının tranzitinin asanlaşdırılması, mövcud maneələrin aradan qaldırılması və vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin