Kalugin: “Ermənistanın Avropa yolu Rusiya ilə münasibətlərdə dəyişikliklərə səbəb ola bilər”

2026/05/1778561787.jpg
Oxunub: 395     10:24     12 May 2026    
“İrəvanın qondarma Avropa yolu Moskva ilə münasibətlərdə sistemli dəyişikliklərə gətirib çıxara bilər”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

Diplomatdan Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Rusiyanın həmin ölkə ilə münasibətləri yenidən qurmalı olacağı nöqtəyə çox yaxınlaşdığı barədə fikirlərini şərh etməsi xahiş olunub.

“Sizin diqqət çəkdiyiniz Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçukun bəyanatı müxtəlif səviyyələrdə Ermənistan rəhbərliyinə və ictimaiyyətinə ötürdüyümüz və ötürməkdə davam etdiyimiz siqnalların nümunəsidir”, - deyə Kalugin bildirib.

“Biz hesab edirik ki, ölkələrimizin vətəndaşları bilməlidirlər ki, İrəvanın qondarma Avropa yolu ilə irəliləyişi hansısa məqamda Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə gətirib çıxara bilər”, - deyə diplomat qeyd edib.

Departament rəhbəri vurğulayıb ki, “dövlətin suverenliyini formalaşdıran təhlükəsizliyin təmin olunması, iqtisadi sabitlik, rifah və firavanlıq baxımından Aİ heç bir konkret alternativ təklif etmir”.

“Və bu başadüşüləndir. Brüsselin marağı Ermənistan və ya Cənubi Qafqaz ölkələrinin qayğısına qalmaq deyil, ilk növbədə bu gün Rusiyaya qarşı yönəlmiş öz geosiyasi vəzifələrini həll etməkdir”, - deyə diplomat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalugin   Ermənistan  


Bizi "telegram"da izləyin