Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməz

2026/05/1778567160.jpg
Oxunub: 350     10:13     12 May 2026    
“Rusiyanın Cənubi Qafqazdakı maraqları sarsılmazdır və Qərb “gözəl sözlərə” baxmayaraq, Moskvanı əvəz edə bilməyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

“Mən vurğulamaq istəyirəm ki, Qərb gözəl sözlərə baxmayaraq nə təhlükəsizlik sahəsində, nə də iqtisadiyyatda yaxın perspektivdə Rusiyanı Cənubi Qafqaz üçün əvəz edə bilməz və edə bilməyəcək. Regiondakı maraqlarımız sarsılmazdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin