“ABŞ və İran arasındakı münaqişə fonunda “Tramp yolu”nun perspektivləri qaranlıqdır” - Kalugin

2026/05/1778565925.jpg
Oxunub: 482     09:59     12 May 2026    
“ABŞ və İran arasındakı münaqişə fonunda “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin başlanması perspektivləri qaranlıq görünür”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

“Bir sıra ekspertlər hesab edir ki, İran-Amerika münaqişəsi fonunda “Tramp yolu”nun başlanması perspektivləri qaranlıqdır. Qeyd olunur ki, İranın öz şimal sərhədlərində ABŞ-nin mövcudluğunu mənfi qəbul etməsi ilə yanaşı, Mərkəzi Asiyadan Avropaya uzanan, “Tramp yolu”nun bir hissəsinə çevrilməli olan marşrut üzərində ABŞ nəzarəti Asiya tərəfdaşlarında da etimadsızlıq yarada bilər. Çin və Rusiya yükləri olmadan layihəyə yatırılan sərmayələrin geri qaytarılması isə son dərəcə çətin olacaq”, - deyə o bildirib.

Kaluginin sözlərinə görə, bu məsələdə nəzərə alınmalı olan bir sıra obyektiv amillər də mövcuddur.

“Bunlar rus sərhədçilərinin Ermənistan-İran sərhədində mövcudluğu, Azərbaycan xəttinə maneəsiz birləşməsi üçün rus standartlı dəmir yolu xəttinin çəkilməsi zərurəti, Ermənistan dəmir yolu şəbəkəsinin idarə olunması üzrə 2038-ci ilə qədər qüvvədə olan “Cənubi Qafqaz Dəmir Yolu” konsessiyası, Ermənistan ərazisinin Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanına daxil olmasıdır”, - deyə diplomat davam edib.

Kalugin vurğulayıb ki, Azərbaycanla Naxçıvanı Ermənistanın cənubu vasitəsilə birləşdirən tranzit marşrut kimi bu layihə boş yerə yaranmayıb.

“Onun meydana çıxmasından əvvəl Rusiya-Azərbaycan-Ermənistan formatında iki illik gərgin iş aparılıb. Söhbət baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyətindən gedir. Hələ 2023-cü ildə biz “Mehri marşrutu”nun başlanmasına çox yaxın idik. Bu marşrut təkcə Ermənistanın cənubu vasitəsilə Naxçıvana tranziti təmin etməməli, həm də əslində Ermənistan və Azərbaycan dəmir yollarını bir halqada birləşdirməli idi”, - deyə o qeyd edib.

Diplomat bildirib ki, Ermənistan indi böyük çətinliklərlə “Tramp yolu” layihəsinə söykənərək məhz buna nail olmağa çalışır.

“Lakin problem ondadır ki, Ermənistan-ABŞ təşəbbüsü “Mehri marşrutu”ndan fərqli olaraq avtomatik şəkildə Ermənistan və Azərbaycan dəmir yolu infrastrukturlarının tam birləşməsini nəzərdə tutmur. İrəvanın 2023-cü ildə üçtərəfli işçi qrupunun fəaliyyətini məqsədli şəkildə dondurması bizim günahımız deyil”, - deyə Kalugin vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalugin   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin